“Wednesday”in 2-ci mövsümü yayımlanacaq - Video

wednesdayin-2-ci-movsumu-yayimlanacaq
Oxunma sayı: 5274

Məşhur “Wednesday” serialının ikinci mövsümü yayımlanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Netflix” məlumat yayıb.

İkinci mövsümün nə vaxt yayımlanacağı hələlik bəlli deyil.

Qeyd edək ki, birinci mövsümdə 8 seriyası yayımlanan serial “Addams ailəsi”nin baş qəhrəmanı Venzdey Addamsa həsr olunub. İlk bölümü noyabrın 23-də işıq üzü görmüş ekran işi “Netflix” platformasında ingilisdilli seriallar arasında rekorda imza atıb. Belə ki, serialın ilk bölümü birinci həftə ərzində 341 milyondan çox izlənilib.