2019-cu ilin başlaması ilə “WhatsApp” messenceri bəzi populyar əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfonları dəstəkləmir.
“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, sözügedən dəyişikliklər “Nokia Series 40” əməliyyat sisteminin idarəetməsi altında işləyən telefonlara şamil olunur.
Məlumat üçün bildirək ki, 2012-ci ildə “Nokia S40” proqram platformasının müxtəlif redaksiyalarının idarəetməsi altında işləyən qurğuların sayı 1,5 milyarddan çox olub.
Bundan başqa, 1 fevral 2020-ci il tarixindən etibarən “Android” sisteminin “2.3.7” və daha köhnə versiyaları, həmçinin “iOS 7” və daha köhnə versiyaların idarəetməsi altında işləyən smartfonlarda “WhatsApp” messencerinin dəstəyi dayandırılacaq.
Məlumat üçün bildirək ki, 1 yanvar 2018-ci il tarixindən “WhatsApp” messenceri “Windows 8.0”, həmçinin “BlackBerry OS” və ya “BlackBerry 10” sistemlərinin idarəetməsi altında işləyən smartfonlarda dəstəklənmir.
Son xəbərlər
Son Xəbərlər