WhatsApp-da yeni funksiya işə düşəcək

whatsapp-da-yeni-funksiya-ise-dusecek
Oxunma sayı: 8238

İOS-lar üçün WhatsApp-ın beta-versiyasında yeni funksiya fəaliyyətə başlayacaq.

“Qafqazinfo” “Wabetainfo”ya istinadən xəbər verir ki, yeni funksiya QR-kodu tanıma xüsusiyyətinə malikdir. Bu kodlar daha sonra Android cihazlar üçün də əlçatan olacaq.

Messencerin istifadəçiləri telefon nömrələrinin şifrələnəcəyi şəxsi kodu paylaşa biləcəklər. Bu kombinasiyanı əldə etdikdən sonra onu smartfonun kamerası vasitəsilə skan etmək lazımdır. Bu həmsöhbətinizi operativ surətdə kontaktlar siyahınıza daxil etməyə imkan verəcək. Şifrələnmiş məlumatı səhvən istəmədiyiniz şəxsə göndərsəniz, QR-kod silinə və yenisi yaradıla bilər.