1.Whtsapp proqramında göndərilən mesajlar yaşıl, qəbul edilən mesajlar isə ağ rəngli fon üzərində olur. Xəbərdə cənab Adnan Oktarla Canan adlı xanım arasında keçdiyi iddia edilən yazışmaların rəsmlərinin Canan adlı xanımın telefonundan çəkildiyi iddia edilir. Ancaq əgər belə olsaydı yuxarıda verdiyimiz məlumata əsasən Canan adlı xanımın yazdıqları yaşıl, cənab Adnan Oktarın yazdıqları isə ağ fon üzərində olmalıydı. Yayımlanan rəsimlərdə isə bunun əksini görürük. Bu bizə göstərir ki, şəkillər guya Cənab Adnan Oktarın telefonundan çəkilib. Bu isə həm yayımlanan xəbərin iddiasına tərsdi, həm də belə bir şeyin olması qeyri mümkündür. Çünki belə olduğu halda rəsmlərin cənab Adnan Oktarın telefonundan çəkilməsi lazımdır.
2. Rəsimlərdə cənab Adnan Oktarın yazdığı iddia edilən yazılarda türk dilinin qrammatikasına uyğun olmayan sözlərdən istifadə olunub. Bu da göstərir ki, yazılanlar türk olmayan biri tərəfindən yazılıb. Bunlara misal olaraq aşağıdakıları göstəririk:
a) Müsafir - Türk dilində Müsafir sözü yoxdur. Bu söz türk dilində Misafir olaraq yazılır.
b) Hotel - Türk dilində Hotel sözü yoxdur. Türk dilində bu söz Otel olaraq yazılır.
c) Havalimanı - Türk dilində Havalimanı sözü yoxdur, qarşılığı Havaalanıdır. Azərbaycan dilində isə bu söz Hava limanıdır.
d) Bosniya - Türk dilində Bosniya sözü yoxdur, bu sözün qarşılığı Bosnadır. Azərbaycan dilində isə bu söz Bosniyadır.
e) Bakiremi - Türk dilində mi sual ədatı bitişik yox, ayrı yazılır. Və bunu bütün türklər bilir və bu cür yazırlar.
f) Tanisdira - Türk dilinde yumsaq samitlər anlayışı var və yumşaq samitlərlə bitən sözlərdə dı, di, du, dü şəkilçiləri tı, ti, tu, tü yə çevrilir. Buna əsasən "tanisdira" sözü "tanistira" kimi yazılmalıdır. Bunu bütün türklər bilir. Bu səhvi isə azərbaycanlılar edir.
3. Cənab Adnan Oktar Allaha olan sevgisi və hörmətini hər yerdə göstərdiyi kimi yazılarında da göstərir. Buna görə də "maşaAllah" kəliməsində də "Allah" sözünü böyük hərflə yazır. Bu həmdə onun bir çoxları tərəfindən bilinən açıq-aşkar imzasıdır. Bu rəsmlərdə isə cənab Adnan Oktarın yazdığı iddia edilən yazılarda "MaşaAllah" kəliməsi "masallah" kimi yazılmışdır.
4. Whatsapp-dan istifadə edən hər kəs bilirki göndərilən mesajların qarşı terefden görüldüyünü bildirən bu (√) kimi işarələr olur. Lakin paylaşılan şəkillərə diqqət etsək bu şəkilləri düzəldən qəhmrəmanımız biraz tələskən olub şəkillərin bəzilərində (√) bu işarəni düzəltməyi unudub.
Əslində bunlar biraz diqqətli baxan hər kəsin görəcəyi çox açıq texniki səhvlərdir ki, bu şəkillərin çox tələsik və qeyri profesionalca hazırlanmış olduğunu göstərir. Başda da dediyimiz kimi, Azərbaycan xalqını aldatmağa istiqamətlənən bu cür oyunları müəyyən etmək üçün çox yox bir balaca zəka işlətmək bəs edirdi, yəni bu “söhbət” in son zamanlar medyada “xalaqızı” informasiya agentliyinə əsasən Cənab Adnan Oktar əleyhinə başladılan ucuz, saxta və uydurma antitəbliğat kampaniyasının bir hissəsi olduğunu anlamaq üçün siyasi analitik olmağa da ehtiyac yox idi. Bu qədər saxtakarlığa baş vurmaq üçün insan bütün mənəviyyatını, heysiyyatını, şərəfini, ləyaqətini itirməlidir ki, tanımadığı bir xanıma və ömrünü İslama adamış bir Alimə əxlaqsız damğası vursun və bununlada yetinməyib saxta rəsimlər hazırlayıb bütün medyaya yaysın. Yəni bu cür alçaqlığı şərəfsizliyi ancaq heç bir şərəfi, əxlaqı, mənəviyyatı olmayan satılmış və sifarişə işləyən “insan”lar edə bilər. Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, bu cür hallar həm jurnalistin peşə etikasına, həm hər bir jurnalist üçün vacib olan doğru, vicdanlı və qərəzsizlik prinsiplərinə ziddir. Eyni zamanda hər kəsi bu cür sadə quraşdırma şəkillərlə aldada biləcəyini düşünərək bu cür cəhdlər etmək ən başda xalqımızın zəkası ilə lağ etməkdir. Və hər şeydən öncə insanları qəsidli şəkildə aldatmağa təşəbbüs göstərməkdir. Ən əsası isə Azərbaycan Qanunvericiliyinə əsasən qəsdən yalan olduğunu bilə-bilə müəyyən şəxslərə böhtan və şər atmaq isə cinayət məsuliyyəti doğurur. Hər kəs bu cür “insan” ların KİV-dəki varlıqlarının fərqinə varmalı və bu cür saxta xəbərlərin mənşəyində nələrin yatdığını görməlidir.
xalqxeber.az