“Whatsapp” istifadəçiləri proqramda yaranan yeni problemdən şikayətləniblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.
Problem Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya və bir sıra digər avropa ölkələrində qeydə alınıb.
Bəzi istifadəçilər tvitterdə şikayətlərini dilə gətiriblər. Onlar “Whatsapp”dan imtina edərək digər messencerlərə keçəcəklərini söyləyiblər.
Xatırladaq ki, 2017-ci il mayın 4-də də “Whatsapp”da analoji problem yaşanmışdı.
Son xəbərlər
Son Xəbərlər