“WhatsApp”dan videozəng gəlir

whatsappdan-videozeng-gelir
Oxunma sayı: 2978

“WhatsApp” messencerində videozəng funksiyasının sınaqlarına başlanılıb. Yeni funksiya artıq messencerin “Android” mobil sistemi üçün son beta-versiyasından istifadə edən bəzi istifadəçilərə əlçatandır.

Qafqazinfo” ictnews.az-a istinadən xəbər verir ki, “The Verge” nəşrinin nümayəndələri hesab edirlər ki, “WhatsApp” administrasiyası sözügedən funksiyanı məsafədən deaktiv edə və aktivləşdirə bilərlər. Az sayda istifadəçinin videozəng funksiyasının mövcudluğundan xəbərdar olmasını yalnız bununla izah etmək olar.

Nəşr yazır ki, videozəng funksiyası tam istifadəyə verildikdən sonra messencer “Skype”, “FaceTime”, “Hangouts” və “Facebook Messenger” kimi rəqibləri üçün daha böyük təhlükə olacaq.