“Whatsapp”dan yenilik

whatsappdan-yenilik
Oxunma sayı: 3642

Rahat mesajlaşma vasitəsi olan “Whatsapp” daha bir yeniliyə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, “Whatsapp” artıq bütün istifadəçilərin mesajlarını qorumaq üçün yeni kriptolama sisteminə keçib. Belə ki, yeni təhlükəsizlik təminatı sayəsində bir istifadəçinin yazdığı mesaj göndərildikdən sonra şifrələnir və yalnız qarşı tərəfin telefonuna çatdıqdan sonra bu şifrə açılır. Bu tətbiq sayəsində mesajlar üçüncü şəxslər tərəfindən görünməyəcək. Dünya üzrə 1 milyarddan çox istifadəçisi olan “Whatsapp”da kriptolama sistemi səsli və görüntülü mesajlar üçün də keçərli olacaq.

Yeni qoruma sistemi aprelin 5-dən etibarən aktiv edilib.

Aysel Kərimova