“Whitestone Residence” sərfəli ödəniş şərtləri ilə premium mənzillər təklif edir - Video+ Fotolar

whitestone-residence-serfeli-odenis-sertleri-ile-premium-menziller-teklif-edir
Oxunma sayı: 4000

Fəaliyyət göstərdiyi müddətdə Azərbaycan və Türkiyədə bir sıra uğurlu layihələrə imza atmış “Ailə Park” şirkəti “Whitestone Residence” yaşayış kompleksini sizə təqdim edir.

“Qafqazinfo”nun məlumatına görə, üç binadan ibarət olan “Whitestone Residence” yaşayış kompleksində 1, 2, 3 və 4 otaqlı 172 mənzilin inşası nəzərdə tutulub. Hazırda kompleksdə 3 binanın da  tikintisi başa çatıb və fasad işləri görülməkdədir. 

“Whitestone Residence” yaşayış  kompleksinin həyətində sakinlər üçün uşaq əyləncə guşəsi, skamyalar və çardaqlar olan fərdi parkın və basketbol üçün meydança salınması planlaşdırılıb. Bunlarla yanaşı, burada qadınlar üçün fitness mərkəzi də layihələndirilib. Birinci mərtəbələrdə ticarət və iaşə obyektlərinin yerləşəcəyi nəzərdə tutulub.Həmçinin Binanın birinci mərtəbəsində lobby sistemi fəaliyyət göstərəcək. 

Şirkətin digər layihələrində olduğu kimi, yeni layihədə də videomüşahidə vasitəsilə 24 saatlıq mühafizə təşkil olunacaq. Fərdi su anbarı və filtirizasiya sayəsində sakinlər daimi su təchizatından və filterlənmiş içməli sudan yararlana biləcəklər.

Finlandiya  istehsalı olan Kone firmasının Liftləri daim işləməsi, onlara mütəmadi olaraq texniki xidmət göstərilməsi, ərazinin, blokların və pilləkən qəfəsələrinin təmizliyi və işıqlandırılması da kompleks təhvil verildikdən sonra şirkət tərəfindən təmin olunacaq. 

“Whitestone Residence” yaşayış layihəsinin digər özəlliyi münasib qiymətlər və ödəniş şərtləridir. Mənzilləri nağd ödənişlə yanaşı 48 aylıq faizsiz daxili kredit ilə əldə etmək mümkündür.  

Mənzillərin mövcudluğu, qiyməti, daxili kredit ödənişləri barədə məlumatı www.whitestone.az saytından əldə etmək mümkündür. 

Şirkət haqqında: 

Ailə Park şirkəti – özünü daşınmaz əmlak bazarında  müvəffəqiyyətlə inkişaf edən tikinti şirkətidir. Ailə Park şirkəti tezliklə  yeni layihəsi olan “Central Park Avenue” yaşayış kompleksini təqdim etməyə hazırlaşır.

Şirkətin əsas prinsipi yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə, ən son texnologiyalar və materiallar vasitəsilə müasir və keyfiyyətli evlər tikməkdir. Şirkət, davamlı inkişafını bütün fəaliyyət sahələrinin inkişafı, qurulmuş dəqiq strategiyaya riayət etməklə tikinti işlərinin həcminin artması və əlaqələrin genişləndirilməsi sayəsində yeni mövqelərə yüksəlməkdə görür. 

Ünvan: Bakı şəhəri,Nərimanov rayonu, Qarabağ küçəsi 48/46 
Tel.: (050) 212 13 49 və (055) 433 89 99 
Email: [email protected]