“WikiLeaks”in yaradıcısını 175 il həbs gözləyir

wikileaksin-yaradicisini-175-il-hebs-gozleyir
Oxunma sayı: 730

ABŞ “WikiLeaks” saytının təsisçisi Culian Assanja qarşı daha 17 maddə üzrə ittiham irəli sürüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Assanj casusluq haqqında qanunu pozmaqda ittiham edilir.

ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “WikiLeaks” təsisçisini ona qarşı irəli sürülən yeni ittihamlarla 175 il azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Qeyd edək ki, C. Assanjın məhkəməsi mayın 30-da davam etdiriləcək.