“Qafqazinfo”nun ıctnews.az-a istinadən məlumatına görə, geniş dəstək mərhələsinə keçid o deməkdir ki, əməliyyat sistemində hər hansı yenilik olmayacaq, platformanın interfeysi, həmçinin dəyişməz qalacaq. “Windows 7” platformasının geniş yeniləməsi “Microsoft”un əlavə razılaşma imzalamış biznes kliyent və təşkilatlarına veriləcək.
2014-cü ilin dekabrına görə, “Windows 7” ƏS-nin bazar payı 56,26 faiz təşkil edib, 18,26 faiz göstəriciyə malik “Windows XP” platforması ikinci yeri tutub. “NetApplications” tədqiqat şirkətinin məlumatına görə, 2014-cü ilin sonunda “Windows” ƏS-nin ümumi payı 91,45, “OS X”-də 7,21, “Linux”da isə 1,34 faiz təşkil edib.
Son xəbərlər
Son Xəbərlər