“Windows” xətasından sonra yaranan növbələr - Video

windows-xetasindan-sonra-yaranan-novbeler
Oxunma sayı: 4550

Xəbər verdiyimiz kimi, bu gün dünya üzrə “Windows 10” əməliyyat sistemi ilə işləyən cihazların işində xəta baş verib. Bu, müxtəlif ölkələrdə hava limanlarının, aviaşirkətlərin, bankların, eləcə də şirkətlərin işində problemlərə və fasilələrə səbəb olub.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına, sistemdəki problemlə əlaqədar ABŞ, Avropa və Asiyada hava limanlarında, eləcə də dəmiryolu vağzallarında növbələr yaranıb. 

Texniki xəta əsas olaraq “Delta Airlines”, “United Airlines”, “American Airlines”, “Allegiant Air”, “IndiGo”, “Akasa Airlines”, “Ryanair” və “SpiceJet”, “Air France” şirkətlərinə təsir edib. 

Belə ki, informasiya sistemlərinin işləməməsinə görə çox sayda resy ləğv edilib və ya təxirə salınıb.

Xatırladaq ki, “Microsoft” şirkəti “Windows” sistemindəki qlobal xətanın ilkin səbəblərinin aradan qaldırıldığını açıqlayıb.