“Windows”dakı xəta kiberhücum deyil”

windowsdaki-xeta-kiberhucum-deyil
Oxunma sayı: 2287

“Dünyada “Windows” əməliyyat sisteminin işində qeydə alınan genişmiqyaslı xətaya səbəb olan problem təyin edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CrowdStrike” şirkətinin baş direktoru Corc Kurç açıqlayıb. 

Onun sözlərinə görə, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır: “Şirkət “Windows” yenilənməsində aşkar olunan defektdən zərər görən müştərilərlə işləyir. İnsident təhlükəsizlik sahəsi və yaxud kiberhücumla bağlı deyil. Problem təyin edilib və hazırda onun aradan qaldırılması üçün tədbirlər görülür”.

Xatırladaq ki, bu gün dünya üzrə “Windows 10” əməliyyat sistemi ilə işləyən cihazların işində problem yaranıb. Avstraliya, Böyük Britaniya, Almaniya, Yeni Zelandiya və digər ölkələrdə hava limanlarında, banklarda və şirkətlərdə iş prosesində xəta baş verib. Bir çox aviaşirkət problem səbəbindən uçuşları dayandırmalı olub.