“Wizz Air” büdcə aviaşirkəti yanvarın 15-dən reyslərini Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Trend”ə aviaşirkətdən məlumat verilib.
“Wizz Air” indiyədək hava limanının 1-ci terminalından uçuşları həyata keçirirdi.
Qeyd edək ki, “Wizz Air” aviaşirkəti Bakıdan Budapeştə uçuşlar həyata keçirir.
Son xəbərlər
Son Xəbərlər