“Wolksvagen” dərəyə aşdı- - 3 yaralı

wolksvagen-dereye-asdi-
Oxunma sayı: 875


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba rayonu Barlı kənd sakini Fariz Şahkərimovun idarə etdiyi “Wolksvagen-Passat” markalı avtomaşın idarəetmənin itməsi səbəbindən yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü və maşında olan iki nəfər - 53 yaşlı Məlahət Şahkərimova və bir yaşlı Güllü Şahkərimova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.