Wolt və VISA əməkdaşlıqlarını genişləndirdi

wolt-ve-visa-emekdasliqlarini-genislendirdi
Oxunma sayı: 1284

Wolt və VISA #SupportYourLocalRestaurants layihəsi çərçivəsində əməkdaşlıqlarını genişləndirib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən kampaniya çərçivəsində yerli restoranlara sərt karantin rejimi müddətində maddi yardım göstərilib.

Yemək çatdırılması xidmətinin köməyi ilə yerli restoranları dəstəkləmək üçün 21 iyun tarixində Wolt və VISA 2 həftəlik #SupportYourLocalRestaurants (#YerliRestoranlarıDəstəklə) kampaniyasına start veriblər.

Heç kim üçün sirr deyil ki, sərt karantin rejimi restoran biznesinə çox böyük ziyan vurub. Wolt və VISA-nın birgə kampaniyası bu çətin zamanlarda çatdırılma ilə işləyən yerli restoranlara maddi kömək göstərmək üçün yaradılmışdır. Bu əməkdaşlıq çərçivəsində  Wolt tətbiqində olan bütün yerli restoranlar çatdırılma sifarişlərindən əldə olunan qazanca əlavə olaraq müştərilər tərəfindən VISA kartları ilə ödənilən bütün sifarişlərin 20% dəyərini bonus şəklində alıblar. 

Qeyd edək ki, bu, iki şirkətin ilk birgə aksiyası deyil. Artıq 3 aydır ki, VISA kart sahibləri Wolt-da hər bir sifarişdən sonra çatdırılma haqqını geri alırlar və növbəti sifarişlər zamanı bu məbləği bonus şəklində istifadə edə bilirlər. Bu kampaniya 1 oktyabr tarixinədək davam edəcək.

Wolt şirkətinin Azərbaycanda Baş meneceri Fuad Babayev qeyd etdi ki: “Biz hazırkı izolyasiya rejimində restoran biznesinin aparılmasının nə qədər çətin olduğunu çox gözəl anlayırıq. Qlobal pandemiya elan olunan zamandan biz #SupportYourLocalRestaurants sosial kampaniyasına başlamışıq və bununla da həm çatdırılma xidmətimizin, həm də fərqli marketinq kanallarının sayəsində partnyorlarımıza dəstək olmaq üçün əlimizdən gələni edirik. Bu təşəbbüsü davam etdirərək, biz VISA şirkəti ilə birgə yerli restoranlara yardım etmək qərarını verdik. Həmçinin, oxucularımıza Wolt platformasına mart ayının ortalarında əlavə olunmuş “Təmassız çatdırılma” xidmətini xatırlatmaq istərdim. Bu yenilik sifariş zamanı birbaşa fiziki təmasın aradan qaldırılması üçün nəzərdə tutulmuşdur ki, cəmiyyətimizdə virusun yayılmasına yol verilməsin”.