Xaçmaz Kənd Seçki Dairəsindən deputatlığa namizəd tanınmış vəkil Vasif İsrafilov kimdir? - Bioqrafiya

xacmaz-kend-secki-dairesinden-deputatliga-namized-taninmis-vekil-vasif-israfilov-kimdir
Oxunma sayı: 6705

56 saylı Xaçmaz Kənd Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış gənc vəkil Vasif İsrafilovun seçki təbliğat-təşviqat kampaniyası davam edir. Seçicilərinin marağını nəzərə alaraq V.İsrafilovun bioqrafiyasını təqdim edirik.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İsrafilov Vasif İmaməddin oğlu 11 dekabr 1983-cü ildə Xaçmaz rayonu Şollar kəndində anadan olub. 1989-2000-ci illərdə Xudat şəhər 3 saylı orta məktəbdə təhsil alıb.

2000-ci ildə Ali məktəbə daxil olub, hüquqşünaslıq peşəsinə yiyələnib. Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətini başa vurduqdan sonra ikinci dəfə universitetə daxil olmuş, təhsillə paralel olaraq 2014-cü ilə kimi Bakı şəhərində bir neçə məhkəmədə hakim köməkçisi, məsləhətçi vəzifələrində işləyib.

2014-cü ildən  Vəkillər Kollegiyasının üzvüdür, hazırda kimi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilidir. Vəkillik fəaliyyəti dövründə bir çox uğurlara imza atmış, 2019-cu ildə Vəkillər Kollegiyasındakı səmərəli fəaliyyəti və vəkilliyin inkişafında göstərdiyi xidmətə görə Azərbaycan Vəkilliyinin 100 illiyi medalı ilə təltif olunub.

Atası - İsrafilov İmaməddin Nurəddin oğlu 1949-cu ildə Quba rayonu, Rustov kəndində anadan olub, alim aqronomdur. 1972-2015-ci illərdə müxtəlif dövlət orqanlarında rəhbər vəzifədə işləyib.

Anası - İsrafilova Rəhilə Hüsmət qızı 1960-cı ildə Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olub, ali təhsilli mühasibdir.

Vasif İsrafilov ailəlidir, 2 övladı var. Həyat yoldaşı - İsrafilova Həzrə Elmar qızı Xudat şəhərində anadan olub. Ali təhsillidir, Azərbaycan Dövlət İqtisad Universitetin bitirib. Hazırda magistr pilləsində təhsilini davam etdirir.