Xaçmazda ər arvadını, qayınatasını, qayınanasını və qayınını bıçaqlayıb.
"Qafqazinfo" xəbər verir ki, iyulun 26-da rayonun Niyazoba kəndi ərazisində 4 nəfər şəxsin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla rayon sakini Niyaməddin Qədirovun qayınatasına məxsus evə gəlib arvadı Ülviyyə Qədirovaya, həmçinin sonuncunun anası, bacısı və qardaşına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı iki və ya daha çox şəxsi öldürməyə cəhd ittihamı ilə cinayət işi başlanıb. Niyaməddin Qədirov şübhəli şəxs qismində tutulub, istintaq davam edir.