Xaçmaz sakininin 238 meyvə ağacı oğurlanıb

xacmaz-sakininin-238-meyve-agaci-ogurlanib
Oxunma sayı: 1859

Xaçmazda bağda əkilən ağaclar 2 ildir ardıcıl olaraq oğurlanır.

"Qafqazinfo"nun Şimal bürosuna Xaçmaz rayonu Arzu kənd sakini Mehman Məhərrəmovun verdiyi məlumata görə, onun artıq 2 ildir ardıcıl olaraq əkdiyi şaftalı ağaclarını naməlum şəxs oğurlayır.

O, ötən ilin mart ayında oğurlanan 170 ağacın əvəzinə yenidən ağac əkib. Lakin bu il də analoji hal baş verib. Bu il 68 ağac oğurlanıb.

M. Məhərrəmov ona ümumilikdə, 2000 (iki min) manatadək ziyan dəydiyini bildirib.

M.Məhərrəmov bu barədə Xaçmaz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirib.

Rəşad Türkoğlu