Xaçmaz və Qusarlı şagirdlər Gəncədə

xacmaz-ve-qusarli-sagirdler-gencede
Oxunma sayı: 1704


"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyev, şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, YAP Gəncə şəhər Təşkilatının şöbə müdiri Hüseyn Büdaqov və Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, fəal gənclər iştirak ediblər. Məktəblilər parkı gəzdikdən sonra Heydər Əliyev Mərkəzinə gəlib. 

Qədim Nizami yurduna səfər edən şagirdlər bu aksiyanın təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər. 

Şagirdlər bu gün və sabah Gəncənin tarixi memarlıq abidələri və görkəmli yerləri ilə tanış olacaq, tarix-diyarşünaslıq muzeyinə, Heydər Əliyev adına mərkəzi meydana və xatirə kompleksinə, Nizami Gəncəvinin Məqbərəsinə, Cavad xanın Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Qala qapıları: Arxeologiya və Etnoqrafiya muzeyinə, Xan bağına, Çökək hamama, İmamzadə məscidinə ekskursiya edəcəklər.

3 günlük tur çərçivəsində iştirakçılar Göygöl və Şəmkir rayonlarına da səyahət edəcək, həmin rayonların tarixi və mədəniyyəti haqqında məlumat əldə edəcəklər.

Qeyd edək ki, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan layihədə 25 şəhər və rayondan olan şagirdlər iştirak edəcəklər. Onlar tarixi abidələr,muzeylər, parklar və digər görməli yerlərdə olacaqlar.