Xaçmaz və Zaqatala rayonlarında evlər yanıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının pəncərə çərçivəsi 3 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
***
Xaçmaz rayonu, Canaxır kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m birmərtəbəli 6 otaqlı evin eyvanının tavanı 3 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
***
Zaqatala rayonu, Aşağı Tala kəndəndə vətəndaşa məxsus ümumu sahəsi 65 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 17 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər