“Xaçmaz Yaşayış Kompleksi”ndə tikinti zamanı 1 nəfər ölüb

xacmaz-yasayis-kompleksinde-tikinti-zamani-1-nefer-olub
Oxunma sayı: 1209

Xaçmaz rayonunda yaşayış binasının tikintisi zamanı ölüm hadisəsi baş verib.

Xaçmaz rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 19-u saat 13 radələrində Xaçmaz rayonu ərazisində yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə Kamran Cəfərov təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölüb.

Müəyyən edilib ki, “Kranpartner” MMC-də quraşdırıcı kimi çalışan 1994-cü il təvəllüdlü Kamran Cəfərov kranın seksiyalarının quraşdırılması işlərini apararkən krandan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.