Xaçmazda 12 yaşlı qızı maşın vurdu

xacmazda-12-yasli-qizi-masin-vurdu
Oxunma sayı: 650

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, 2005-ci il təvəllüdlü Şıxıyeva Nərgiz Firuz qızını avtomobil vurub.
 
Xəsarət alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün yerini dəyişməyən çəp sınığı, bədənin müxtəlif hissələrinin sıyrılması diaqnozu qoyulub, vəziyyəti normaldır.
 
Faktla bağlı araşdırma aparılır.