Xaçmazda 2 yaşlı uşaq stuldan yıxılaraq öldü

xacmazda-2-yasli-usaq-stuldan-yixilaraq-oldu
Oxunma sayı: 764

Xaçmazda azyaşlı faciəvi şəkildə dünyasını dəyişib.
 
“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, 2 yaşlı Nurlan Ağayev yaşadığı evdə stuldan yıxılıb.
 
Rayon mərkəzi xəstəxanasına çatdırılan azyaşlıya qapalı kəllə-beyin travması qoyulub.

Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.