Xaçmazda 2 yaşlı uşaq yanaraq öldü

xacmazda-2-yasli-usaq-yanaraq-oldu
Oxunma sayı: 947


APA-nın şimal bürosunun xəbərində görə, rayonun Uzunoba kəndində 2012-ci il təvəllüdlü Abdullayev Etibar Rəhman oğlu qaynar su ilə dolu qazana düşüb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildiriblər ki, 2 yaşlı körpəyə başın, gövdənin, aşağı və yuxarı ətrafların 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. Lakin körpə yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.