Xaçmazda 330 kilo at əti aşkarlandı

xacmazda-330-kilo-at-eti-askarlandi
Oxunma sayı: 827

Aprelin 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhəri ərazisində monitorinq keçirilib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şəhər sakini B.Qanbayev idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı yük yerindən natəmiz vəziyyətdə və sümükdən ayrılmış halda olan, çəkisi 330 kiloqram at əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.