Xaçmazda yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, yanğın rayonun Ortaoba kəndində baş verib. Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları daxil 150 kv.m sahə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər