Xaçmazda ağır qəza - Fotolar

xacmazda-agir-qeza
Oxunma sayı: 4035

Xaçmaz rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində sürücü həyatını itirib.

QafqazinfoAnspress-ə istinadən xəbər verir ki, Qəndab-Yalama yolunun 33-cü kilometrliyində "Mercedes" və "Lada Priora" markalı avtomobillər toqquşub. Qəza Xaçmaz rayonunun Əhmədoba kəndinin ərazisində olub. 

“Lada Priora” avtomobilinin sürücüsü 26 yaşlı Toğrul Məhərrəmov içkili olub və təxminən 160-170 km/saat sürətlə hərəkətdə olub. O, qarşıdan gələn taksi sürücüsü, 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi "Mercedes" markalı avtomobilin yoluna çıxıb və toqquşub. “Mercedes”in sürücüsü qəzadan yayınmaq üçün avtomobili yolun kənarına çıxarmağa cəhd etsə də, toqquşmadan xilas ola bilməyib.

Zərbənin gücündən "Priora" yol kənarındakı ağaca çırpılıb. Sürücü isə yerindəcə həyatını itirib. "Mercedes"in sükanı arxasında olan T. Qəmbərov isə yaralı halda xəstəxanaya çatdırılıb.

Hər iki avtomobil qəzadan sonra deformasiyaya uğrayıb, tamamilə yararsız vəziyyətə düşüb. Əzilmiş "Mercedes"dən yaralı sürücünü qəzaya şahid olmuş sakinlər çıxarıblar.

Qeyd edək ki, T.Məhərrəmov Xaçmaz rayonunda “Avtoş Totu” kimi tanınıb. Məlumata görə, qəzadan öncə anasına zəng edərək 7 dəqiqəyə evdə olacağını deyib və tələsərək evə gedib.