Xaçmazda çoxillik ağacları kəsib 21 minlik ziyan vurdu - Video

xacmazda-coxillik-agaclari-kesib-21-minlik-ziyan-vurdu
Oxunma sayı: 2188

Xaçmaz rayon sakinləri rayon ərazisində çoxillik irigövdəli ağacların kütləvi şəkildə kəsildiyini deyirlər. 

“Qafqazinfo”ya müraciət edən vətəndaşlar son günlərdə müxtəlif kəndlərdə yol kənarında və digər dövlət torpaqlarında olan onillərlə yaşı olan 50-dən çox ağacın kəsildiyini bildirib. Şikayətçilər ağacları kəsən şəxslərin onların əsas oduncağını yük maşınlarına toplayaraq apardıqlarını və bu materialdan yeşik istehsalı sexlərində istifadə etdiklərini qeyd ediblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinə müraciət etdik. Qurumun Dövlət Ekoloji Təhlükəsizlik Xidməti faktın təsdiq edildiyini bildirib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Xaçmaz rayonu, Qoçaqlı və Balaqusar kəndləri ilə həmsərhəd ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət  araşdırılıb: “Araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində Xaçmaz rayon Gəncəli kənd sakini Yaqub Həmzəliyev tərəfindən ağacların kəsildiyi və təbiətə 21 500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.

Həmçinin oxuyun: В Бразилии статуя Христа - Искупителя окрасилась в цвета флагов Турции и Сирии - Фото