Xaçmazda dənizdən qadın meyiti tapıldı

xacmazda-denizden-qadin-meyiti-tapildi
Oxunma sayı: 2328

Bu gün Xəzər dənizinin Xaçmaz sahilində qadın meyiti tapılıb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, aparılan ilkin araşdırmalar zamanı meyitin Xudat şəhər sakini 1970-ci il təvəllüdlü Tamilla Behbudova olduğu müəyyənləşib.

Onun özünü dənizə ataraq intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.