Xaçmazda əkin sahələri suyun altında qaldı - Fotolar

xacmazda-ekin-saheleri-suyun-altinda-qaldi
Oxunma sayı: 2141

Xaçmazda təbii fəlakət əkin sahələrinə və yaşayış evlərinə ciddi ziyan vurub, yollar lilli suyun içərisində qalıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Aşağızeyid kəndində Qaraçay çayına gecə saat 02:00 radələrində güclü sel gəlib. Nəticədə kəndin bütün küçələri, pomidor sahələri, subartezian quyusu bərbad hala düşüb. 

Sel suları hələ istifadəyə verilməyən, qiyməti 60 min manatdan yüksək olan yeni vurulmuş subartezian quyusunu da yararsız hala salıb. Nəticədə 8 hektar pomidor sahəsinə ziyan dəyib. 

Xaçmaz rayon Aşağızeyidli kəndinin bələdiyyə sədri Tərlan Paşayev artıq üçüncü dəfədir ki, bu halla rastlaşdıqlarını bildirib. Məsələ ilə bağlı aidiyyatı qurumlara - Xaçmaz Suvarma Sistemləri İdarəsinə, FHN-in Şimal Regional Mərkəzinə məlumat verilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən zərər dəymiş əraziləri təmizləmək üçün 2 ədəd traktor göndərilib. 

Emin Kərimov