Xaçmazda iki nəfər yanğında ölüb.
Baş Prokurorluğunun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aprelin 10-da rayonun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər