Xaçmazda göldən kişi meyiti tapıldı

xacmazda-golden-kisi-meyiti-tapildi
Oxunma sayı: 994

Xaçmazda göldən kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, cəsəd rayonun Yergüc kəndi yaxınlığındakı göldə aşkarlanıb.

Meyitin rayonun Ağyazı kənd sakini 1985-ci il təvəllüdlü Bayramov Ələsgər Müseyib oğluna məxsus olduğu bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov