Xaçmazda iki maşın toqquşdu- - Yaralı var+Fotolar

xacmazda-iki-masin-toqqusdu-
Oxunma sayı: 1332


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Əmin Rəsulzadə və Rəfibəyli küçələrinin kəsişməsində qeydə alınıb. Xaçmaz şəhər sakini 1991-ci il təvəllüdlü Azayev Fuad Sultan oğlunun idarə etdiyi  “VAZ 21099”-la  “Mersedes” markalı minik maşını toqquşub. Qəza nəticəsində “VAZ 21099”-un sürücüsü  xəsarət alıb. Ona Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hadisədən sonra “Mersedes”-in sürücüsü hadisə yerindən qaçıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.