Xaçmazda intihara cəhdin qarşısı alındı

xacmazda-intihara-cehdin-qarsisi-alindi
Oxunma sayı: 1105

Xaçmazda intihara cəhdin qarşısı alınıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Qafqazinfo"ya bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.