Xaçmazda iş adamını öldürən şəxs yaxalandı

xacmazda-is-adamini-olduren-sexs-yaxalandi
Oxunma sayı: 2145

İyunun 16-da Xaçmaz rayonunda iş adamı İlqar Məmmədovu qətlə yetirən şəxs saxlanılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Xaçmaz rayon prokurorunun köməkçisi Əlibaba Şahvərənov məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxs rayonun Ağyazı Buduq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Qalib Nəcməddin oğludur. Həmin şəxs dünən günorta saatlarında rayonun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hələlik hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

Xatırladaq ki, iş adamı, 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu iyun ayının 16-da Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşadığı evdə qətlə yetirilib.