Xaçmazda keçmiş məhbus qonşusunu qətlə yetirdi

xacmazda-kecmis-mehbus-qonsusunu-qetle-yetirdi
Oxunma sayı: 2434

Xaçmazda qətl hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Xaçmazın Dağıstan küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan 1973-cü il təvəllüdlü Məmmədov Kamran Müslümoviç qonşusu, 1978-ci il təvəllüdlü Sadıqov Ceyhun Xanlar oğlunu bıçaqlayıb. Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib.

Xaçmaz RPŞ tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən K.Məmmədov saxlanılıb. Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, Kamran Məmmədov bundan əvvəl də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Cəlal Fərzəliyev