Xaçmazda küçədə qadın meyiti tapılıb

xacmazda-kucede-qadin-meyiti-tapilib-
Oxunma sayı: 1608

Xaçmaz şəhərində qadın meyiti tapılıb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, şəhərin Bakı prospektində aşkar edilmiş 35 -40 yaşlı qadın cəsədinin şəxsiyyəti hələ ki məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.