Xaçmazda külək evin damını uçurdu - Fotolar

xacmazda-kulek-evin-damini-ucurdu
Oxunma sayı: 1024

Şimal bölgəsində güclü yağış və külək yenidən fəsadlar törədib.

“Qafqazinfo”nun məlumatına görə, Xaçmazın Çarxı kənd sakini Pənah Kazımovun evinin damını külək tam uçurub və yağan yağış evin içərisini bərbad vəziyyətə salıb.

Ev sahibi P. Kazımov damın uçması nəticəsində ona xeyli ziyan dəydiyini bildirib.

Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının sədri, icra başçısının müavini Bəxtiyar Osmanov damı uçmuş evə baxış keçiriləcəyini deyib.

Emin Kərimov