Xaçmazda maşın aşdı - Sürücü öldü

xacmazda-masin-asdi
Oxunma sayı: 3584

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil qəfil idarəetməni itirərək aşıb. Qəza nəticəsində sürücü - 65 yaşlı Əzizağa Əhmədov ölüb.  Avtomobildə olan daha 3 nəfər isə xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.