Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, ərazidən keçən minik maşını idarəetməni itirərək Xan arxına düşüb.
Avtomobildə 4 nəfər olub. Onların hamısının Gödəkli kənd sakinləri olduqları bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Regional İdarəsinin dalğıc- xilasediciləri kanalda itkin düşənlərin axtarışlarını davam etdirirlər. Axtarış işlərini asanlaşdırmaq məqsədi ilə kanalda suyun həcmi azaldılıb.
***
Kanala düşən "VAZ-2106" markalı avtomobil, onun sürücüsü və 3 sərnişini tapılaraq sudan çıxarılıb. Xilas edilən sərnişinlərdən biri 40 günlük körpə Mahmudov Nicat Sirac oğludur.
Son xəbərlər
Son Xəbərlər