Xaçmazda oğurluq edən şəxslər saxlanıldı

xacmazda-ogurluq-eden-sexsler-saxlanildi
Oxunma sayı: 1697

Xaçmazda oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Xaçmaz rayonu Mirzəmməd kənd sakini H.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək evindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elnur Quliyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və zərərçəkmişə məxsus qızıl-zinət əşyaları oğurladığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yeni Həyat qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Ramin Qoçadze olduğu müəyyən edilib. R.Qoçadze əvvəllərdə müxtəlif rayonlarda silsilə oğurluqlar etdiyinə görə dəfələrlə məhkum olunub.

Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.