Xaçmazda qazi intihara cəhd edib

xacmazda-qazi-intihara-cehd-edib
Oxunma sayı: 5022

Xaçmazda Vətən Müharibəsi iştirakçısı intihara cəhd edib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Müzəffəroba kəndində yaşanıb. Kənd sakini 1993-cü il təvəllüdlü Yusif Əsədullayev özünü yaşadığı evdə asaraq intihara cəhd edib. Hadisədən xəbər tutan ailə üzvləri son anda onun həyatını xilas ediblər.

İlkin ehtimala görə, intihara cəhdə səbəb onun ailəsində yaranan problemləridir.

Qeyd edək ki, Y.Əsədullayevin II Qarabağ Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində gizir kimi döyüşdüyü bildirilir.