Xaçmazda qəza- - Ölən və yaralanan var

xacmazda-qeza-
Oxunma sayı: 1027


“Qafqazinfo” ans press-ə isatinadən xəbər verir ki, rayonun köhnə Xudat kəndi ərazisində baş verən qəzada bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlər alıb.

Qubanın Qırız kənd sakini, 1982-ci il təvəllüdlü Ərəstun Akif oğlu Seyidova məxsus “Mitsubishi Pajero” markalı avtomobil yolda hərəkət edən zaman həmin istiqamətdə avtomobildən düşən 2 sərnişini vurub. Belə ki, Elmar Fəxrəddin oğlu Arazova məxsus “Passat” markalı maşından düşən 2 sərnişindən biri dünyasını dəyişib, biri isə yaralanıb. 

1991-ci il təvəllüdlü İmran İsmayıl oğlu İsmayılov hadisə yerindəcə keçinib. Ağır xəsarətlər alan 1989-cü il təvəllüdlü Ruslan Əsəd oğlu Əsədov Xaçmaz rayon Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı Xaşmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.