Xaçmazda seçicilər həmyerliləri Vasif İsrafilova səs verəcəklərini bildirib - Fotolar

xacmazda-seciciler-hemyerlileri-vasif-israfilova-ses-vereceklerini-bildirib
Oxunma sayı: 1747

56 saylı Xaçmaz kənd seşki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu fevralın 6-da Xaçmaz rayonu  Şollar, Pərdiqıran, Susayqışlaq və Maqsudkənd kəndlərində bir sıra görüşlər keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.İsrafilovun keçirdiyi görüşlərdə sakinlər bu günə kimi qarşılaşdıqları və həllinin zəruri olduğu problemləri onun nəzərinə çatdırıblar.

Şollar sakinləri onlardan Bakıya su getməsinə baxmayaraq özlərinin içməli su probleminin olmasını, məktəbin olmamasını, su kəməri massivində olan bağça və ibtidai məktəbin tam təmirsiz olmasını,  otlaq sahələrinin olmamasını, suvarma sistemlərində problemin olmasını, stadion olmamasını, kənddə tibb məntəqəsinə ehtiyacın olduğunu, kənd camaatının yığıncaq yeri, hər hansı bir ictimai iaşə obyektinin olmamasını qeyd ediblər.

Pərdiqıran və Susayqışlaq sakinləri kəndin yollarının təmirsiz olmasını, otlaq yerlərinin olmamasını, kənddə ibtidai məktəbin tikilməsinə ehtiyac olduğunu, elektrik xətlərinin yenisi ilə əvəz olunmasını, suvarma sistemlərində problemin olmasını, tikilən məscidin yarımçıq qalmasını, internetin, mobil şəbəkə olmasına baxmayaraq mobil internetin olmamasını, idman zalı, stadion, iaşə obyektlərinin olmamasını qeyd etmişdirlər.

Maqsudkənd  sakinləri kənd yolunun olmamasını, kəndə gediş gəlişin çox çətin olduğunu, kəndin dəfələrlə müraciət olunmasına baxmayaraq hələdə qazsız olduqunu, kəndin məktəbinin yeni olmasına baxmayaraq istilik sisteminin olmamasını, məktəbin 9 illik olmasını, tam orta məktəb statusunun verilməsinə ehtiyac olmasını, müəllim çatışmamazlığının olmasını, Xudata, Susayqışlaqa 10-11-ci sinifləri oxumağa gedən uşaqları aparan avtobusun olmamasını, ümumiyyətlə kəndə avtobusun olmamasını, otlaq sahələrinin, aptekin olmamasını, tibb məntəqəsinin təmirsiz olmasını, həkimin olmamasını, kənddə heç bir iaşə obyektinin olmamasını, suvarma sistemində problemlərinin olmasını bildiriblər.

Kəndlərin sakinləri V.İsrafilovla görüşdə onun seçki platforması ilə tanış olduqlarını, namizədin irəli sürdüyü məsələlərin həqiqətən də onlar üçün aktual problem olduğunu bildirib. Seçicilər əlavə edib ki, tanınmış vəkil V.İsrafilovun seçki platformasına həllini vacib bildiyi məsələlərin sakinlərin istəkləri ilə üst-üstə düşməsi Vasif İsarfilovun özünün də xaçmazlı olmasına bağlıdır. Uzun müddət bu ərazidə yaşayan namizəd V.İsrafilov yerlilərinin bu illər ərzində gördüyü çətinlikləri həm də özünün yaşadığını və sakinlərin yerli adət-ənənələrinə də bələd olduğunu bildirib. V.İsrafilov deputat seçiləcəyi təqdirdə bir xaçmazlı kimi bütün xaçmazlıların millət vəkili olacağını qeyd edib. Seçicilər isə artıq qərarlarını verdiklərini, bu seçkidə birmənalı olaraq yerli namizədə, Vasif İsrafilova səs verəcəklərini bildiriblər.

Vasif İsrafilov Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi nəzarəti altında ölkədə rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırıb.

Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini qeyd edib.