Xaçmazda tanınmış vəkil namizəd tərəfindən pulsuz hüquqi yardım - Aksiyası

xacmazda-taninmis-vekil-namized-terefinden-pulsuz-huquqi-yardim
Oxunma sayı: 1910

56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu fevralın 1-də Xudat şəhər mədəniyyət evində özünün təyin edilmiş görüş vaxtında bütün namizədləri debata çağırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə V.İsrafilov şəxsən dairə seçki komissiyasına müraciət edib.

Həmçinin, bütün kəndlərin və Xudat şəhərinin sakinlərini fevralın 1-i saat 12.00-da Xudat şəhər Mədəniyyət evində təyin edilmiş görüşə dəvət edib.

Eyni zamanda V.İsrafilov yanvarın 30-da rayonun Muxtadır qəsəbəsində, Seyidli kəndində, Xuray kəndində, Nabran kəndində, Tel kəndində seçicilərlə bir sıra görüşlər keçirib.

Bütün kənd sakinləri bu seçkilərdə dairə ərazisindən olan namizədi seçəcəklərini, bu günə kimi rayondan olmayan deputatların seçildikdən sonra heç vaxt rayonla maraqlanmadıqlarını bildiriblər.

Muxtadır qəsəbəsində olarkən sakinlər qəsəbənin bir hissəsində mavi yanacağın olmadığını, yolların və məktəbin təmirsiz olduğunu, isitmə sisteminin olmamasını, bağçanın olmamasını (qəsəbədə əvvəllər iki bağçanın olmasına baxmayaraq birinin satılaraq ərazisində evlərin tikildiyini), digər bağçanın isə hərbi hissə edildiyini, otlaq sahələrinin zəbt edildiyini, xəstəxananın olmamasını, bankomatın, aptekin olmamasını, istirahət yerlərinin işləməməsini, iş yerlərinin olmaması səbəbindən gənclərin qəsəbəni tərk etdiklərini qeyd ediblər.

Seyidli kəndinin sakinləri yollarının, suvarma sistemində problemlərin olmasını, kənd yolunun, məktəbdə istilik sisteminin, otlaq sahəsinin olmamasını  bildiriblər.

Xuray kəndində olarkən kənd əhalisi kəndə gələn yolun, telefon xətlərinin, otlaq sahələrinin olmamasını, məscidin tamam yararsız vəziyyətdə olmasını, suvarma su sistemlərində problemlərinin olmasını, kəndə avtobusun olmamasını qeyd ediblər.

Tel  kəndində olarkən tibb məntəqəsinin, otlaq yerlərinin olmamasını, işıq, suvarma sistemlərində problemlərin olmasını, təhsil probleminin olmasını və sair problemləri namizədin nəzərinə çatdırıblar.

Nabran  kəndində olarkən tibb məntəqəsinin, otlaq yerlərinin, məktəblərdə istilik sisteminin olmamasını, işıq, suvarma sistemlərində problemlərin olmasını və sair problemləri qeyd ediblər.

Vasif İsrafilov Prezident İlham Əliyevin xüsusi nəzarəti altında ölkədə əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırıb.

Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini qeyd edib.