Xaçmazda üç maşın toqquşdu - 1 ölü, 5 yaralı

xacmazda-uc-masin-toqqusdu-
Oxunma sayı: 1709

Bu gün axşam saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, qəza Gəndob- Yalama yolunun 31 km-də Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"27 BN 917" dövlət nömrə nişanlı VAZ 21 09, "27 BF 054" dövlət qeydiyyatlı VAZ 2106- la "10 GD 313" nömrə nişanlı KİA avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb , 5 nəfər yaralanıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.