Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 22-də saat 23 radələrində qeydə alınıb.
Şəhər sakini F.Ağarzayev idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən Quba rayon sakini Ədalət Süleymanovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər