Xaçmazda vurulan piyada öldü

xacmazda-vurulan-piyada-oldu
Oxunma sayı: 2682

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza Həsənqala kəndi ərazisində qeydə alınıb. 

Şəhər sakini Ə.Fərzalıyev idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Qusarçay kənd sakini Çingiz Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.