Xaçmazda yaşayış evində yanğın oldu - 1 nəfər xəsarət aldı

xacmazda-yasayis-evinde-yangin-oldu
Oxunma sayı: 1067

Xaçmaz rayonunun Üçgünqışlaq kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 16 m² sahədə, 1 ədəd soyuducu və qismən 1 ədəd paltaryuyan maşın yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

 Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.