Xaləddin İsgəndərov səyyar qəbul keçirib

xaleddin-isgenderov-seyyar-qebul-kecirib
Oxunma sayı: 2651

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədi qəsəbəsi sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, qəbulda rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Qəbulu Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıb. Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.